Metal izi olan zombi ulduzu aşkarlanıb

İrlandiyadakı Arma Rəsədxanasının və London Universitet Kollecinin britaniyalı astronomları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə çapıqlara bənzəyən metal səpintiləri olan qeyri-adi sönmüş “WD 0816-310” ulduzunu aşkar ediblər. Obyekt öz növünün ilkidir.

Sönmüş ulduzlar və ya ağ cırtdanlar Günəş kimi ulduzların mövcudluğunun son mərhələlərində əmələ gəlirlər.

Kəşf müəlliflərinin fikrincə, “WD 0816-310”un əsas xüsusiyyəti ağ cırtdanın zombi kimi ətrafdakı planetləri və asteroidləri udmaqla aldığı metal izləridir.

Poliqon.info