Zelenski Netflix-in yeni sənədli serialında rol alıb

Serialın premyerası martın 12-də Netflix platformasında baş tutacaq...

Poliqon xəbər verir ki, bu barədə Associated Press Agentliyi məlumat yayıb. Ukrayna prezidentinin ofisi və Amerika axın xidməti təsdiqləyib.

Söhbət doqquz hissəli “Tipping Point: The Bomb and the Cold War” (Dönüş nöqtəsi: bomba və soyuq müharibə) serialından gedir. Serialın premyerası martın 12-də baş tutacaq.

Sənədli serialın personajları soyuq müharibənin ilkin şərtlərini, nüvə bombasının yaradılmasını, SSRİ-nin dağılmasını və Rusiyanın Ukraynaya qarşı “Xüsusi Hərbi Əməliyyat” adkandırdığı müharibəni müzakirə edirlər.

Serialda həmçinin NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və ABŞ-ın keçmiş Dövlət Katibi Kondoliza Rays da çəkilib.

Poliqon.info