Zelenski: Ukrayna Qara dəniz “taxıl dəhlizi”ni qoruya bilməyəcək...

Vladimir Zelenski bildirib ki, ABŞ-ın yeni hərbi yardımı olmasa, Ukrayna Qara dəniz “taxıl dəhlizi”ni qoruya bilməyəcək...

Poliqon xəbər verir ki. bu barədə Reuters Agentliyi məlumat yayıb.

Zelenski hazırda təxminən 30 milyon ton taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracına imkan verən gəmi dəhlizini “böyük uğur” adlandırıb.

Lakin Ukrayna prezidenti xəbərdarlıq edib ki, ABŞ Konqresi Kiyevə yardımı təsdiqləməsə, “taxıl dəhlizi” marşrutunun gələcəyi şübhə altında olacaq.

“Düşünürəm ki, marşrut bağlanacaq, çünki onu qorumaq üçün bizə sursat, hava hücumundan müdafiə və digər sistemlər lazımdır”, deyə Zelenski bildirib.

Poliqon.info