Erməni spiker: Rus sərhədçilər hava limanında fəaliyyətini dayandırmalıdır...

Rusiya Federal Tədqiqat Xidmətinin (FTX) sərhəd xidmətinin əməkdaşları Ermənistanın Zvartnots hava limanında fəaliyyətini dayandırmalıdır...

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkə hakimiyyətinin artıq müvafiq qərar qəbul etməsi barədə xəbəri şərh edərkən deyib.

"Mən belə bir müzakirədə iştirak etməmişəm, amma düşünürəm ki, Rusiya sərhədçilərinin hava limanından getməsi düzgün olardı. Onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm", deyə spiker bildirib.

Parlamentin spikeri bəyan edib ki, FTX əməkdaşlarının hərəkətləri nəticəsində respublikanın sərhədləri indi daha həssas olub.

Poliqon.info