Paşinyanın silahdaşı: Rusiyanın necə reaksiya verəcəyi bizə maraqlı deyil...

Paşinyanın silahdaşı deputat Qaqik Melkonyan Ukrayna prezidentinin İrəvana mümkün səfəri ilə bağlı bildirib ki, Rusiyanın buna necə reaksiya verəcəyi onlar üçün maraqlı deyil...

Poliqon xəbər verir ki, söhbətində hakim “Mülki müqavilə” partiyasından olan deputat Qaqik Melkonyan bunu fevralın 26-da jurnalistlərlə deyib.

“Əgər Ukrayna prezidenti Vladimir Zelenski Ermənistana gəlmək qərarına gəlibsə, o zaman biz onu qəbul etməliyik, problem nədir?”, deyə Melkonyan jurnalistin sualına sərt reaksiya verib.

Paşinyanın yaxın ətrafından olan deputat fikrini inkişaf etdirərək bildirib ki, Rusiyanın raeksiyası onları maraqlandırmır.

“Rusiyanın necə reaksiya verəcəyi və ya etməyəcəyi bizi maraqlandırmır, bu, onların işidir. Biz yalnız öz dövlətimizin maraqlarını düşünürük, yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq”, deyə deputat vurğulayıb.

Poliqon.info