Fələstinin Baş naziri Məhəmməd Ştayye istefa verib

Fələstinin Baş naziri Mohammed Shtayyeh mətbuat konfransı zamanı istefa ərizəsini ölkə prezidenti Mahmud Abbasa təqdim etdiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Siyasətçi istefasının səbəbini açıqlamayıb.

“Al Mayadeen” telekanalının məlumatına görə, Ştayyenin kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.

Kanalın həmsöhbəti qeyd edib ki, prezident Abbas bəzi regional oyunçuların və ABŞ-ın ona göstərdiyi təzyiqlərə görə hökuməti dəyişir. Ehtimallara görə, Nazirlər Kabinetinin istefası Qəzza zolağında münaqişəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri və İsrail qoşunlarının çıxarılması və anklavdan blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır.

Ştayye 2019-cu il martın 10-dan Fələstinin Baş naziri vəzifəsini icra edir. O, Abbasla yaxın münasibətdə idi və tez-tez mətbuatda prezidentin varisi olaraq adlandırılırdı.

Qeyd edək ki, keçmiş Baş nazir iki dövlətin, Fələstin və İsrailin birgə yaşaması ideyasının tərəfdarıdır.

Poliqon.info