Kuleba Qərb müttəfiqlərini ikiüzlü olmaqda ittiham edib

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qərb müttəfiqlərini ikiüzlülükdə ittiham edib...

Poliqon xəbər verir ki, Ukraynanın XİN rəhbəri bu barədə Politico nəşri üçün yazdığı məqalsində bildirib.

Ukraynalı nazir rusiyalı sahibkarların dondurulmuş aktivlərini müsadirə etməyə çağırıb. Kuleba həmçinin Qərbin hüquq-mühafizə və ədliyyə işçilərinə Rusiya hakimiyyətinin səlahiyyətli nümayəndələrinin bank xaricdəki hesablarını daha diqqətlə yoxlamağı təklif edib.

“Qərbdə bəziləri bütün bunlara əngəllər qoyur, radikal formalizmə əl atır, müsadirənin qanunun aliliyini pozacağını iddia edir. Amma bu, ikiüzlülükdən xəbər verir”, deyə Kuleba məqləsində yazıb.

Poliqon.info