İqlim dəyişikliyinin daha bir fəsadı: Alimlər ağacların anormal çiçəklənməsindən narahatdır...

Cakarandanın Meksikada erkən çiçəklənməsi iqlim dəyişikliyi ilə bağlı mübahisələrə səbəb olub. Alimlər narahatdırlar ki, cari ildə bu məşhur bitki adətən olduğu kimi martda deyil, qışın ortasında çiçək açmağa başlayıb...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, hər yaz Meksikanın paytaxtının küçələri minlərlə cakaranda ağacının çiçəklənməsinə görə bənövşəyi rəngə boyanır. Onların möhtəşəm rəngləri təkcə sakinlərin və turistlərin deyil, həm də onlarda qida və sığınacaq tapan quşları, arıları və kəpənəkləri cəlb edir.

Ancaq bu il bir şey dəyişib. Bəzi cakarandalar adətən yazda oyansalar da, yanvarın əvvəlində çiçəklənməyə başlayıblar. Erkən çiçəkləmə, ağacların şəhər küçələrinin simvolik hissəsinə çevrildiyi Mexiko şəhərinin özündə alimləri və sakinlərini narahat edib.

Alimlər artıq erkən çiçəkləmə fenomeninin nə qədər geniş yayıldığını araşdırmağa başlayıblar və bunun səbəbinin iqlim dəyişikliyi olduğu qənaətinə gəliblər.

"Cakaranda yanvar və ya fevralda çiçəklənməyə başlayır, yəni qışda, onların vaxtı hələ gəlməyib", deyə bioloqlar bildirib.

Onların məlumatına görə, temperaturun artması səbəbindən Meksika paytaxtında qış adətən olduğu kimi, martın sonunda deyil, bu ilin əvvəlində, yanvarın ortalarında başa çatıb.

Qeyd edək ki, Yaponiyada da qışın anomal isti keçməsi ilə əlaqədar bəzi albalı ağacları artıq çiçəklənməyə başlayıb. Adətən albalı çiçəkləmə mövsümünün zirvəsi mart və aprel aylarında müşahidə edilir.

Eyni zamanda, ənənəvi olaraq fevralın sonunda ilk çiçək açan Kavazu sakurasıdır. Amma bu il bu ağaclar artıq fevralın ortalarına qədər çiçək açıblar. Yerli sakinlər güllərin həmişəkindən tez düşməyə başlayacağından və bunun ənənəvi Albalı Çiçəyi Festivalını korlayacağından narahatdırlar.

Poliqon.info