NYT Börnsün Ukraynaya gizli səfərinin məqsədi barədə yazıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Ukrayna liderlərini sakitləşdirmək üçün Ukraynaya gizli səfər edib...

Poliqon xəbər verir ki, bu barədə New York Times (NYT) məlumatlı mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Uilyam Börns fevralın 22-də “keçən cümə axşamı” Ukraynaya gizli səfərə gəlib.

Məqalədə deyilir ki, onun səfəri işğaldan sonra Ukrayna paytaxtına onuncu səfərdir və son səfər “Ukrayna liderlərini sakitləşdirmək” məqsədi daşıyıb.

Qəzet öz mənbələrinə istinadən, həmçinin Ukraynanın Rusiya haqqında kəşfiyyat məlumatlarının verilməsi baxımından əhəmiyyətini qeyd edir və vurğulayır ki, Konqresdəki respublikaçılar Kiyev üçün hərbi maliyyəni dayandırsalar, öz növbəsində MKİ-də Ukrayna ilə bağlı xərcləri azaltmalı olacaq.

Qeyd edək ki, Senat Ukrayna, həmçinin İsrail və Tayvana 95,3 milyard dollarlıq yardım paketinə səs verdə də, qanun layihəsi Nümayəndələr Palatasında səsə qoyulmur. Nümayəndələr Palatasının spikeri, respublikaçı Mayk Conson yardım paketini tənqid etməkdə davam edir və bu yardımın ABŞ-ın cənub sərhədləri siyasətində əsaslı dəyişikliklərlə müşayiət olunmalı olduğunu təkid edir.

Poliqon.info