QMİ sədri: Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur

Azad olunmuş ərazilərdə yeni məscidlər tikilir, kilsələr təmir olunur.

Poliqon-un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

Şeyxülislam qeyd edib ki, Qarabağda bütün milli-mədəni irsimiz bərpa edilir.

“Hər bir məscid, kilsə yenidən təmir olunur, Şuşada və digər ərazilərdə yeni məscidlər tikilir. Ərazilərimizə qayıdan dindarlar bu ibadət yerlərindən istifadə edəcəklər. Bütün bunlara görə, Prezidentimizə təşəkkür edirik”, - o vurğulayıb.

Poliqon.info