Cənubi Koreya Rusiya və Belarusa qarşı ixrac nəzarətini gücləndirəcək

Cənubi Koreya hakimiyyəti Rusiya və Belarusa ixracı qadağan edilən mallara ixrac nəzarətini gücləndirmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap agentliyi ölkənin Ticarət, Sənaye və Energetika Nazirliyinə istinadən məlumat yayıb.

Agentlik çiplər də daxil olmaqla, hərbi məqsədlər üçün istifadə oluna bilən yüksək prioritet malların monitorinqinə xüsusi diqqət yetirəcəyini vəd edib. Nazirlik əlavə edib ki, Cənubi Koreya məlumatsızlıq səbəbindən icazəsiz ixracın qarşısını almaq üçün qadağan olunmuş məhsulların siyahısı barədə tərəfdaşlarına məlumat verəcək.

"Müvafiq təşkilatlarla münasibətlərdə ixrac nəzarətinin həyata keçirilməsini sürətləndirmək lazımdır, çünki ixrac nəzarətindən yayınmaq və qeyri-qanuni daşımaların təqibinə cəhdlər daha çox olacaq", deyə nazirlikdən bildirilib.

Ötən həftə Cənubi Koreya Rusiya Federasiyası və Belarusiyaya çatdırılması qadağan edilən mallar siyahısına 682 ad əlavə edib. Söhbət faktiki və ya potensial hərbi istifadəyə malik mallardan gedir. Siyahıdakı maddələrin ümumi sayı 1159-a yüksəlib. Rusiya Federasiyasına avtomobillərin tədarükünə qoyulan qadağa da sərtləşdirilib - indi bu, mühərriki 2 litrdən çox olan bütün avtomobillərə şamil edilir.

Poliqon.info