Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Adminstrasiyasıistefa verəcək

Bu gün, fevralın 26-da Fələstin Muxtariyyəti hökuməti istefa verəcək. Buna baxmayaraq Abbasın kabineti yeni hökumət qurulana qədər fəaliyyətini davam etdirəcək...

Poliqon xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı rəsmi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, muxtariyyət rəhbəri Abbas bu addımı bəzi region ölkələri və ABŞ-ın ona “təzyiqləri” səbəbindən atıb.

“Hökumətin istefası Qəzza zolağında müharibəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri, həmçinin İsrail qoşunlarının çıxarılması və maliyyə blokadasının götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır”, deyə mənbə vurğulayıb.

Mənbə əlavə edib ki, “növbəti addım HƏMAS da daxil olmaqla, bütün Fələstin qruplarının iştirakı ilə milli konsensusa nail olmaq olacaq”.

Poliqon.info