Belarusda keçirilən seçkilərdə seçicilərin 73,09 faizi iştirak edib

Belarus Mərkəzi Seçki Komissiyası vahidsəsvermə günü seçkilərdə iştirakla bağlı ilkin məlumatları dəqiqləşdirib...

Poliqon xəbər verir ki, MSK-nın məlumatına görə fevralın 25-də seçicilərin 73,09 faizi səsvermədə iştirak edib.

Məlumata görə Minskdə seçicilərin 61,54%-i, bütün regionlarda 74,2%-dən 77,03%-ə qədəri iştirak edib. Səsvermə nəticələrində 1284 şəhər və kənd sovetləri yaradılıb

Parlamentin aşağı palatasının 110 deputatının hamısı müvəqqəti olaraq seçilib. BelTA Agentliyi qaliblərin adlarını təqdim edib. Onların arasında prezident administrasiyasının rəhbəri İqor Sergeenko da var. Belarusda Nümayəndələr Palatasının deputatları öz səlahiyyətlərini peşəkar əsaslarla həyata keçirirlər. Üç ay ərzində deputat parlamentin işinfə iştirak etməzsə, onun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir.

Poliqon.info