Lerikdə avtomobil dərəyə aşıb: 1 ölü, 2 yaralı

Hadisə Lənkəran-lerik yolunun 51-ci km-də baş verib.

Poliqon xəbər verir ki, fevralın 25-də saat 11 radələrində Lerik rayon sakini Xalid Eyvazovun idarə etdiyi "Toyota" markalı avtomobil rayonun "Veləçola" adlanan ərazisində yoldan çıxaraq çaya aşıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Cənub bürosuna verilən məlumata görə, nəticədə avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info