Qəzzada girovların dəyişdirilməsi ilə bağlı razılıq əldə olunub

Parisdə keçirilən çoxtərəfli məsləhətləşmələrdə Qəzza zolağında saxlanılan girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsinin yenilənmiş şərtləri barədə razılıq əldə olunub.

Poliqon xəbər verir ki, bu addımdan sonra tərəflər mübadilə ediləcək şəxslərin sayı və konkret siyahısının müzakirəsinə keçə bilərlər.

İsrail dövlətinin nümayəndə heyəti Parisdə keçirilən görüşlərin nəticələrinə əsasən hökumətlə məsləhətləşmələr aparmaq üçün İsrailə gedib.

Misir, İsrail, Qətər və ABŞ nümayəndələrinin iştirak etdiyi danışıqlarda “200-300 fələstinli məhbus müqabilində radikal qruplar tərəfindən Qəzzada saxlanılan 40 girovun azad edilməsi məsələsi müzakirə olunub.

Poliqon.info