Gürcüstanda narkotacirlərə qarşı xüsusi əməliyyat - Xarici vətəndaşlar da saxlanılıb...

Gürcüstan polisi ölkənin müxtəlif bölgələrində genişmiqyaslı xüsusi əməliyyat keçirib və narkotik alverçilərini saxlayıb...

Poliqon xəbər verir ki, bu barədə brifinqdə mərkəzi kriminal polis idarəsinin direktoru Teymuraz Kupatadze bildirib.

Tiflisdə, Acarıstanda, Şida Kartlidə, həmçinin Sameqrelo-Zemo Svanetidə narkotik alverçilərinin saxlanılması üçün xüsusi əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayətlərində ittiham olunaraq çox sayda şəxs, o cümlədən digər ölkə vətəndaşlarını saxlayıblar.

Digər təfərrüatlar hələlik verilməyib. Gürcüstan Daxili İşlər Nazirliyi xüsusi əməliyyatın təfərrüatlarını daha sonra təqdim edəcəyinə vəd edib.

Eyni zamanda o bildirib ki, ilin əvvəlindən Gürcüstanda narkotik cinayətlərində ittiham olunaraq 270 nəfər saxlanılıb. Bunlardan 27-si narkotik alverçisidir. Saxlanılanlar arasında Gürcüstan, İran, Ermənistan, Türkiyə, İordaniya, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, İraq və Niderland vətəndaşları da var. Onlardan külli miqdarda kokain, heroin, Subutex, metadon, amfetamin, LSD, sirr və digər narkotik vasitələr götürülüb.

Poliqon.info