Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - Dosye

Parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin sabiq nazir Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatı səsverməyə çıxarılaraq qəbul edilib...

Fikrət Məmmədov 1977-ci ildə Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb.

O, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib.

Sonralar Fikrət Məmmədov respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olub.2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunub.

2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

Poliqon.info