Zelenski ABŞ-dan kömək olmadığı təqdirdə B planını müzakirə etməkdən imtina edib

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ yardımın ayrılması ilə bağlı razılaşmasa, Ukrayna hakimiyyəti alternativ həll yolları axtarmalı olacaq...

Poliqon xəbər verir ki, Zelenski Fox News telekanalının jurnalistinin ABŞ-ın hərbi yardımdan imtina edəcəyi təqdirdə Ukraynanın B planının olub-olmaması ilə bağlı sualını belə cavablandırıb.

“Biz sağ qalmalıyıq. Biz bəzi paralel addımları müəyyən etməliyik, lakin bilirsiniz ki, bu yardım çox vacibdir. Bu olmasa, getdikcə daha çox qəhrəmanımız xəstəxanalara düşəcək, çünki müdafiəniz və artilleriyanız olmasa, təbii ki, insanları itirəcəksiniz”, deyə Vladimir Zelenski bildirib.

Fox News qeyd edir ki, Zelenski Ukrayna hakimiyyətinin hansı alternativlərdən istifadə edə biləcəyini müzakirə etməkdən imtina edib.

Bir gün əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, Ukrayna ordusu vaxtında döyüş sursatı alsaydı, Ukrayna Silahlı Qüvvələri Avdeevkanı tərk etməli olmazdı. Kulebanın sözlərinə görə, ukraynalılar öz həyatlarını qurban verməyə məcburdurlar, çünki kimsə hələ də hansısa qərarı müzakirə edir.

Pentaqon iddia edib ki, ABŞ-ın köməyi olmadan Ukrayna Silahlı Qüvvələri hansı şəhər və qəsəbələri saxlaya biləcəklərini seçmək məcburiyyətində qalacaqlar.

Poliqon.info