Alimlər ən sürətlə böyüyən qara dəliyi tapıb - Günəşdən 17 milyard dəfə böyükdür

Avstraliya Milli Universitetinin (ANU) tədqiqatçıları kainatda ən sürətli böyüyən qara dəliyin kəşf edildiyini bildirib...

Poliqon xəbər verir ki, bu barədə universitetin saytına məlumatg verilib.

Avstraliya Milli Universitetinin saytında qara dəliyin Fransanın Melburn Universiteti və Sorbonna Universiteti ilə birgə apardığı araşdırmanın bir hissəsi olaraq aşkar edildiyi bildirilir. Qeyd edilir ki, o hər gün Günəşə ekvivalent kütlə udur və kütləsi Günəşin kütləsini təxminən 17 milyard dəfə üstələyir.

"İnanılmaz artım tempi həm də işıq və istiliyin nəhəng buraxılması deməkdir. O elmə məlum olan kainatdakı ən parlaq obyektdir. Obyekt bizim Günəşimizdən 500 trilyon dəfə parlaqdır", deyə Avstraliya Milli Universitetinin məlumatında qeyd edilir.

Saytın sözlərindən də sitat gətirdiyi Melburn Universitetinin professoru Raçel Uebsterin sözlərinə görə, bu qara dəlikdən gələn işığın Yerə çatması 12 milyard ildən çox vaxt aparıb.

Poliqon.info