ABŞ Rusiyadan kosmosa peyk əleyhinə silahlar yerləşdirməməyi tələb edir

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan kosmosda peyk əleyhinə silahların yerləşdirilməsinin yolverilməzliyi barədə Rusiya ilə danışıqlar aparıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin Amerika administrasiyasındakı mənbələrinin məlumatına görə, danışıqlarda Rusiya tərəfdən prezidentin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak ediblər.

Peyk əleyhinə silahlarla bağlı belə danışıqların aparılması faktını Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi təsdiqləyib. Lakin o, bu danışıqların kim və necə aparıldığı barədə təfərrüatları açıqlamaqdan imtina edib.

Bundan əvvəl ABŞ müttəfiqlərinə Rusiyanın bu ilin əvvəlində kosmosa nüvə silahı və ya saxta döyüş başlığı buraxa biləcəyini bildirmişdi. Həmin silahların bütün peykləri sıradan çıxara və Qərb iqtisadiyyatlarını iflic edə biləcəyi iddia olunur. Lakin Rusiya tərəfi bu iddialara dezinformasiya adlandırır.

Poliqon.info