Parisin Cənubi Qafqazla və Mərkəzi Asiya ilə bağlı geostrateji planları...

Fransa təkcə Ermənistanı yox, Moldova və Mərkəzi Asiya ölkələrini də təsiri altına almaq istəyir...

MBDA, Nexter, Safran, Thales və Arquus kimi müdafiə sənayesi şirkətlərinin rəhbərləri Fransanın müdafiə naziri Sebastiyen Lekornyu ilə birlikdə Ermənistana uçan nümayəndə heyətinin tərkibindədir.

Poliqon xəbər verir ki, bu barədə “Politico” qəzeti məlumat yayıb. Nəşr yazır ki, Ermənistan Moskva ilə tarixi münasibətlərindən uzaqlaşır, Paris isə Rusiyanın keçmiş müttəfiqlərinə, o cümlədən Moldovaya və Mərkəzi Asiya ölkələrinə təsirini gücləndirməyə çalışır.

Fransalı nazir cümə axşamı Ermənistana gəlib. “Politico” qeyd edir ki, bu, Fransa müdafiə nazirinin Ermənistana ilk səfəridir və Fransanın Ermənistanla müdafiə əlaqələrinin dərinləşməsinə işarədir.

Poliqon.info