Makron Ukrayna ilə bağlı bir sıra ölkələrin liderləri ilə görüş keçirəcək

Fransa prezidenti Emmanuel Makron Parisdə bir sıra ölkələrin liderləri ilə Ukraynaya yardımla bağlı görüş təşkil edir...

Poliqon Reuters Agentliyinə istinadən xəbər verir ki, tədbir bazar ertəsi, fevralın 26-da baş tutacaq. Hansı ölkələrin liderlərinin orada iştirak edəcəyi açıqlanmır.

Yelisey sarayından bildiriblər ki, Ukraynanın işğalından iki il sonra bu işçi görüş Ukraynaya dəstək vermək üçün tərəfdaşlar arasında əməkdaşlığı genişləndirmək yollarını araşdırmaq üçün fürsət olacaq.

Adı açıqlanmayan Fransa rəsmiləri bildiriblər ki, Makron ABŞ-ın davamlı dəstəyi ilə bağlı narahatlıqlarına baxmayaraq, Avropanın Ukraynadan yorulmadığına dair Moskvaya siqnal göndərməkdə qərarlıdır.

AFP xəbər verir ki, Polşa prezidenti Anjey Duda görüşdə iştirak edəcəyinə söz verib.

Poliqon.info