Paşinyanın Azərbaycana qarşı ittihamları və Rusiyaya qarşı hədələri...

Paşinyan Ermənistanın KTMT-də iştirakının dondurulduğunu bəyan edib və Ermənistandakı Rusiya ordusunun yaxın zamanda çıxarılmasına da istisna etməyib...

Poliqon xəbər verir ki, Ermənistanın Baş naziri bu barədə France 24 telekanalına müsahibəsində bildirib.

Müsahibəsinədə Nikol Paşinyan Azərbaycanı Ermənistanın yeni ərazilərini ələ keçirməkdə ittiham edib və bildirib ki, hazırda Azərbaycanla sülh sazişinin imzalanmasını düşünmək mümkün deyil. Həmçinin Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakının “dondurulduğunu” deyib. Eyni zamanda, o, Ermənistandakı Rusiya hərbi bazasının saxlanılması məsələsinin gündəmdə olmadığını söyləyərək Ermənistandakı Rusiya ordusunun yaxın zamanda çıxarılmasına da işarə edib.

Baş nazir Fransanın “France 24” telekanalına müsahibəsində deyib ki, Bakı bugünkü Ermənistanı “Qərbi Azərbaycan” hesab edir. Onun fikrincə, Azərbaycan prezidenti İlham Əliyev “ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi istəmir, Ermənistanda yeni əraziləri ələ keçirməyi planlaşdırır”.

Nikol Paşinyan Rusiya hakimiyyətinin mövqeyini də sərt tənqid edib. O, iddia edir ki, Rusiya bir neçə ay əvvəl “açıq şəkildə erməni əhalisini hökuməti devirməyə çağırıb”. Ermənistan liderinin sözlərinə görə, “Moskvadan ona qarşı bu təbliğat dayanmadan davam edir”. Paşinyan səfərbərlikdən qaçan Rusiya vətəndaşı Dmitri Setrakovun Ermənistanda saxlanmasından da narahatlığını bildirib və bunu “dözülməz hal” adlandırıb.

"Biz öz ərazimizdə qanunsuz hərəkətlərə dözə bilmərik" deyən Nikol Paşinyan Rusiyanı hədələyərık, “İrəvanın tələbləri cavabsız qalsa, bunun nəticələri olacaq”.

Qeyd edək ki, dünən, fevralın 22-də Ermənistanın “Faktor” nəşri mənbəyə istinadən Rusiya sərhədçilərinin Yerevan Zvartnots beynəlxalq hava limanından çıxarılacağı barədə məlumat yayıb. Bunun yaxın vaxtlarda baş verəcəyi bildirilir. Nəşrin adını açıqlamayan həmsöhbəti bunun “siyasi qərar” olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiya sərhədçilərinin Zvartnotsda yerləşdirilməsi hökumətlərarası razılaşma ilə deyil, Ermənistan Milli Təhlükəsizlik Xidməti və Rusiya FSB-nin imzaladığı sənədlə tənzimlənir.

Poliqon.info