Numan Kurtulmuş: Türkiyə həm Rusiya, həm də Ukrayna ilə görüşə bilən yeganə ölkədir

Türkiyə həm Rusiya, həm də Ukrayna ilə görüşə bilən yeganə ölkədir...

“Report”un xəbərinə görə, bunu Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

O vurğulayıb ki, rəsmi Ankara baş verənlərin səviyyəsindən asılı olmayaraq diplomatiyanın həmişə açıq saxlanılmasının tərəfdarıdır:

“Türkiyənin müharibəyə münasibətini yaxşı bilirsiniz, hər iki ölkə bizim qonşumuzdur. Türkiyə iki ölkə arasında yalnız vasitəçi rolu oynayıb. Biz münaqişənin sülh yolu ilə bitməsini istəyirik, bunun tərəfdarıyıq”.

Poliqon.info