AK rəhbəri: Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlar yaya qədər dayandırılıb...

Avropa Komissiyası Avropa Parlamentinə seçkilərə qədər Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar üçün lazımi danışıqlar bazasının yaradılmasını gözləmir...

Poliqon France Press Agentliyinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"Bu bir az vaxt aparacaq. Ola bilsin ki, Avropa İttifaqı buna yayın əvvəlində hazır olacaq", deyə fon der Leyen Brüsseldə keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Avropa Komissiyası Ukrayna ilə danışıqlarda rəhbər prinsiplər üçün çərçivə üzərində işləyir. O, aydınlaşdırıb ki, yeni ölkənin Avropa İttifaqına daxil olması 27 üzv ölkənin hamısı tərəfindən təsdiqlənməlidir.

Qeyd edək ki, Avropa Parlamentinə seçkilər iyunun 6-dan 9-dək baş tutacaq.

Dekabrın 14-də Avropa İttifaqının liderləri Ukrayna və Moldovanın birliyə daxil olması ilə bağlı danışıqlara rəsmən başlayıblar. Fransa prezidenti Emmanuel Makron qərarı hüquqidən daha çox siyasi adlandırıb. Onun sözlərinə görə, Ukrayna qoşulmaqdan uzaqdır, çünki bu, daxili qaydalarda ciddi islahatlar tələb edəcək.

Poliqon.info