ÜST rəhbəri Qəzzanı “ölüm zonası” adlandırıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Qəzza zolağının qətl zonasına çevrildiyini, oradakı vəziyyətin qeyri-insani olduğunu və pisləşməkdə davam etdiyini bildirib...

Poliqon xəbər verir ki, ÜST rəhbəri bu barədə Cenevrədə keçirdiyi brifinqdə danışıb.

“Qəzza zolağında sağlamlıq və humanitar vəziyyət qeyri-insanidir və pisləşməkdə davam edir. Daha geniş mənada Qəzza ölüm zonasına çevrilib”, deyən ÜST rəhbəri brifinqdə bildirib.

Baş direktor xatırladıb ki, anklav ərazisinin böyük hissəsi dağıdılıb, 29 mindən çox insan həlak olub, daha çox insan itkin düşüb, çoxlu sayda insan yaralanıb. Münaqişənin kəskinləşməsindən sonra qida çatışmazlığı problemi kəskin şəkildə artıb.

“Müharibə davam etdikcə, təchizat kəsildikdə bu rəqəm artacaq”, deyə Qebreyesus vurğulayıb. ÜST rəhbəri qeyd edib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı sektorun şimal hissəsinə ərzaq çatdırmaq imkanına malik deyil.

Qebreyesus qeyd edib ki, Qəzzada atəşkəs lazımdır, girovlara azadlıq verilməli, humanitar yardımın maneəsiz çatdırılması üçün şərait təmin edilməlidir.

Poliqon.info