Bayden Putini “dəli və şərəfsiz” adlandırıb

ABŞ prezidenti: Bu dünyada Putin kimi “dəli şərəfsizlər” var...

ABŞ prezidenti Co Bayden San-Fransiskoda qapalı seçki kampaniyası zamanı çıxış edərək Rusiya prezidenti Vladimir Putini “dəli şərəfsiz” adlandırıb.

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyi Ağ Evin jurnalistlərinə istinadən məlumat yayıb.

“Bizim bu Putin və başqaları kimi dəli şərəsizlərimiz var və biz buna görə həmişə nüvə münaqişəsi təhlükəsi ilə yaşamalıyıq”, deyə Bayden çıxışında bildirib.

Qeyd edək ki, ABŞ prezidenti hazırda Amerikanın Qərb Sahilində seçki kampaniyası turundadır.

Qeyd edək ki, 2022-ci ilin martında Co Bayden Polşa və Ukrayna sərhədindəki Ukrayna qaçqın düşərgəsinə səfəri zamanı Rusiya prezidenti Vladimir Putini “qəssab” adlandırmışdı.

Poliqon.info