Ekspertlər Rusiya aktivlərinin müsadirə edilməsinin qanuni hesab edirlər...

G7 ölkələri üzrə 10 hüquq eksperti belə qənaətə gəliblər ki, Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi beynəlxalq hüquqa uyğundur...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi ekspert rəyinə istinadən məlumat yayıb. Hüquqşünasların fikrincə, müsadirə qanunidir, çünki Rusiya beynəlxalq hüququn fundamental prinsiplərini pozub.

“Biz belə nəticəyə gəlirik ki, beynəlxalq hüquqa əsasən, beynəlxalq hüququn ən fundamental qaydalarını davamlı şəkildə pozmasını nəzərə alaraq, Rusiyaya qarşı əlavə əks tədbirlər görməsi qanuni olardı. Bu aktivlər Rusiyanın qanunsuz hərəkətləri nəticəsində bilavasitə dəymiş zərərin əvəzi kimi ödənilə bilər”, deyə hüquq ekspertlərinin rəyində bildirilir. Sənədi Belçika, Fransa, Almaniya, Yaponiya, Hollandiya, Böyük Britaniya və ABŞ-dan olan hüquqşünaslar tərtib ediblər.

Mütəxəssislər Rusiyanın aktivlərinin dondurulduğu dövlətlərə onları öz yurisdiksiyası altında olan beynəlxalq mexanizmə köçürməyi tövsiyə edib. Bu pullar depozitə qoymalı və sonra Ukraynaya köçürməlidir.

Bloomberg-in məsələ ilə tanış olan mənbələrinə görə, Britaniya və ABŞ Rusiyanın bütün aktivlərinin müsadirə edilməsinə çalışırlar. Fransa və Almaniya buna qarşıdırlar, presedent yaratmaq istəmirlər və bu hərəkətin avro üçün mənfi nəticələrdən qorxurlar.

Qeyd edək ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Münhen Təhlükəsizlik Konfransında bildirib ki, Aİ rəhbərliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Ukrayna üçün silah istehsalına sərf etməyi planlaşdırır. Avropa İttifaqı Mərkəzi Bankın dondurulmuş Rusiya aktivlərinə həbs qoyulması üçün artıq texniki səviyyədə işə başlayıb. Rusiya Xarici İşlər Nazirliyi aktivlərin müsadirə ediləcəyi təqdirdə cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib.

Poliqon.info