Bayden Krımın ilhaqından sonra Rusiyaya qarşı sərt tədbirlər tələb edib...

ABŞ prezidenti Co Bayden 2014-cü ildə Barak Obamanın vitse-prezidenti olarkən birbaşa rəhbərindən Rusiya ilə qarşılıqlı əlaqəyə daha sərt yanaşma tələb edib...

Poliqon xəbər verir ki, bu barədə Fox News telekanalı jurnalist Aleksandr Uordun "Beynəlmiləlçilər: Trampdan sonra xarici siyasəti bərpa etmək üçün mübarizə" kitabına istinadən məlumat yayıb.

Uord iddia edir ki, Krım Rusiyanın bir hissəsi olduqdan sonra Obama ilə Bayden arasında fikir ayrılıqları yaranıb.

"Obama administrasiyası cavab olaraq Ukraynanı müdafiə silahları ilə təmin etmək, Kremlə sanksiya tətəbiq və Rusiyanı G8-dən çıxarmaq, G8-i G7-yə çevirməkdən başqa heç nə etmədi", deyə Uord yazıb

"Birləşmiş Ştatlar Barak Obamanın vitse-prezidenti Co Bayden hakimiyyətdə olsaydı, daha çox şey edə bilərdi. Bayden 2014-cü ildə işğal başlayan kimi rəhbərinə (Barak Obama-red.) "Rusiya öz hərəkətlərinə görə qan və pul ödəməlidir" dedi. Lakin Obama razılaşmadı", deyə jurnalist qeyd edib.

Kitabda qeyd olunur ki, vitse-prezident kimi o, 6 dəfə Ukraynaya səfər edib, 5 səfər 2014-cü ildə Maydan etirazlarından sonra baş verib.

Poliqon.info