Alimlərə görə Tramp ABŞ tarixinin ən pis prezidenti hesab olunur...

Amerikalı alimlər Donald Trampı ABŞ tarixinin ən pis prezidenti hesab ediblər...

Poliqon xəbər verir ki, bu barədə The Guardian nəşri məlumat yayıb. Qəzet yazır ki, Tramp hətta vətəndaş müharibəsi ilə əlaqəli “qorxunc tarixi liderlərə” də uduzub.

Siyahı 154 alimin rəyi əsasında tərtib edilib. Respondentlər hər bir prezidentin böyüklük dərəcəsini 0-dan 100-ə qədər miqyasda qiymətləndiriblər, 0 uğursuz, 50 orta, 100 isə əladır.

Siyahıda Avraam Linkoln birinci, Franklin Delano Ruzvelt ikinci yeri tutub. İlk beşlikdə sonrakı yerləri Corc Vaşinqton, Tomas Cefferson və Harri Trumen tutur. ABŞ-ın hazırkı prezidenti Co Bayden 14-cü sırada yer alıb. Onun nailiyyətləri “daha ənənəvi prezidentlik üslubunu bərpa etmək” və postu Trampdan “xilas etmək”də görülür.

Qeyd edək ki, əvvəlki araşdırma ilə müqayisədə hər bir müasir demokrat prezident reytinqlərdə yüksəlib. Barak Obama, Bill Klinton və Cimmi Karter əvvəlkindən daha irəlidə yer alıblar. Tədqiqatın müəllifləri özləri də etiraf ediblər ki, sorğuda iştirak edən alimlər solçu fikirlərə meyl edirlər.

Poliqon.info