AK Ukraynaya humanitar yardım üçün 75 milyon avro ayırıb

Avropa Komissiyası Ukrayna və Moldovaya humanitar yardım üçün 83 milyon avro ayrıldığını açıqlayıb...

Avropa Komissiyası (AK) “humanitar layihələr” üçün Ukraynaya 75 milyon avro, Moldovaya isə 8 milyon avro ayrıldığını bildirib.

Poliqon xəbər veirir ki, bu barədə Avropa Komissiyası saytında dərc olunmuş məlumatda deyilir.

“83 milyon avroluq humanitar maliyyə vəsaitindən: 75 milyon avrosu Ukraynadakı humanitar layihələrə ayrılıb. Moldovada humanitar layihələrə 8 milyon avro ayrılıb”, deyə hesabatda qeyd olunur.

Qeyd edilir ki, Ukraynada humanitar layihələri təcili yardımın təmin edilməsinə, o cümlədən mənzil, mühafizə, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyacların əldə edilməsinə yönəlib. Moldovaya ayrılan pullar isə əhalinin ən həssas təbəqələrinə ünvanlı yardım göstərilməsinə yönəldilməlidir.

Avropa Komissiyasının məlumatına görə, bugünkü yardımla birlikdə Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş mülki əhali üçün humanitar proqramlara ayrılan vəsaitin həcmi 926 milyon avroya çatır. Bunlardan 860 milyon avrosu Ukraynaya, 66 milyon avrosu isə Moldovaya ayrılıb.

Poliqon.info