Taker Karlson Navalnının ölümündən danışıb: Onlar axmaqdır...

Karlson Rusiyanın Navalnının ölümündə əli olduğunu hesab edənləri axmaq adlandırıb...

Fevralın əvvəlində Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı jurnalist Taker Karlson Rusiyanı Aleksey Navalnının ölümündə “əli” hesab edənləri axmaq adlandırıb.

Poliqon xəbər verir ki, Takerin sözlərini “Blaze” internet nəşri sitat gətirib.

“Onlar axmaqdır. Onlar həqiqətən heç nə bilmirlər”, deyə Karlson bildirib.

Jurnalistin sözlərinə görə, söhbət Ukraynanın Rusiyanı məğlub edəcəyini iddia edən “o insanlardan” gedir. Karlson qeyd edib ki, Ukrayna ilə müqayisədə Rusiyanın 100 milyon artıq əhalisi var və sənaye potensialı xeyli güclüdür.

Qeyd edək ki, 2022-ci ilin iyun ayından Navalnı Vladimir vilayətindəki İK-6-da cəza çəkib. 2023-cü ilin dekabrında onun Yamalo-Nenets Muxtar Dairəsinin Xarp kəndindəki IK-3 “Qütb canavarı”na köçürüldüyü məlum olub.

2024-cü il fevralın 16-da Navalnı gəzintidən qayıtdıqdan sonra özünü pis hiss etdi və huşunu itirib. Yarım saat ərzində reanimasiya tədbirləri aparılsa da, nəticəsiz qalıb və Rusiya müxalifətinin liderinin hıyatını xilas etmək mümkün olmayıb.

Poliqon.info