Fransada məhkəmə erməni biznesmenin 120 milyonluq villasına həbs qoyub

Fransa məhkəməsi erməni iş adamı, "Tashir Group"un sahibi Samvel Karapetyanın villasını müsadirə edib...

Poliqon xəbər verrir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, mülk rəsmi olaraq Karapetyana məxsusdur. Lakin Paris prokurorluğu iddia edir ki, əsl benefisiar "Qazprom neft" şirkətinin törəmə şirkətidir.

"Le Monde"un məlumatına görə, dəyəri 120 milyon avro olan böyük obyekt Kot d'Azurdakı Rokbrun-Kap-Martin kommunasında yerləşir.

Villa bir neçə mərtəbədə əsas binadan ibarətdir, yaxınlıqda üç hovuz, tennis kortu və helikopter meydançası var.

Nəşr qeyd edir ki, Qərb tərəfindən anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra bu, Fransa üçün Rusiya kapitalı ilə bağlı ən böyük əmlakın ələ keçirilməsidir.

Poliqon.info