HƏMAS təmsilçisi: Netanyahu danışıqlara ciddi yanaşmır...

İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəs və girovların fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı razılığın əldə olunmasında ciddi deyil...

Poliqon xəbər verir ki, bunu Qəzza zolağındakı HƏMAS hərəkatının rəhbərinin müavini Xəlil əl-Həyya Al Jazeera telekanalına müsahibəsində deyib.

“Netanyahu bölgədə sakitliyi bərpa etmək üçün təcavüzə son qoyan, Fələstin xalqına yardım göstərəcək və Qəzzanın dörd aydan artıqdır davam edən işğalına son qoyacaq razılaşma əldə etməkdə maraqlı deyil”, deyə HƏMAS təmsilçisi bildirib.

Əl-Hayya əlavə edib ki, o, Netanyahunun “yalnız öz mövqeyini qorumaq naminə mübarizəni davam etdirmək istədiyinə” inanır. Hərəkat rəhbərinin müavini iddia edib ki, İsrail Baş naziri “müharibənin bitməsinin nəticələrindən qorxur”.

Əl-Həyya həmçinin qeyd edib ki, “HƏMAS girovlara qəzzalıların yediklərini yedizdirərkən, onları paltar və dərmanla təmin edərkən” İsrail döyüş təyyarələri anklavı vurmağa davam edir və bununla da təkcə Fələstinvətəndaşlarının deyil, həm də Qəzzada saxlanılan girovların həyatını təhlükəyə atır.

Poliqon.info