Husilərin Qırmızı dənizdə gəmilərəhücumu davam edir...

Yəmən Husiləri Qırmızı dənizdə yük gəmisinə hücum edərək zədələyiblər. Ekipaj gəmini tərk etməyə məcbur olub...

Poliqon xəbər verir ki, bu barədə The Financial Times nəşri məlumat yayıb.

Qeyd edilir ki, BƏƏ-dən Bolqarıstana yük daşıyan Rubymar” yük gəmisi “Husilərin hədəfi olub və gəmi hücum nəticəsində zədələnib.

FT yazır ki, bu hücum Husilərin 24 saat ərzində həyata keçirdiyi üç hücumdan biridir. Digər yük gəmisi “Sea Champion” isə Ədən körfəzində iki raket hücumuna məruz qalıb. Axşam saatlarında üsyançılar “Navis Fortuna” yük gəmisinə uğurla hücum etdiklərini bildiriblər. Bütün zərbələr ABŞ Mərkəzi Komandanlığının üsyançıların arsenalında ilk dəfə sualtı pilotsuz aparatı aşkar edildiyini bildirməsindən saatlar sonraya təsadüf edib.

Rubymar” yük gəmisi iki raket hücumuna məruz qaldıqdan sonra 20-dən çox adam gəmini tərk edib. Gəmi su götürürdü deyən şirkət gəminin hazırkı vəziyyəti barədə məlumatı olmadığını bildirib.

Husilər gəminin batmaq təhlükəsi ilə üz-üzə qaldığını bildiriblər. Bu, Yəmən üsyançılarının hücumu nəticəsində vurulan ən ciddi ziyan hesab olunur.

Poliqon.info