İsrail iqtisadiyyatının HƏMAS-la müharibədən zərərləri...

İsrailin ÜDM-i 2023-cü ilin oktyabr-dekabr aylarında Həmas ilə müharibə səbəbindən 19,4% azalıb...

Fələstinin radikal HƏMAS hərəkatı ilə silahlı münaqişə 2023-cü ilin dördüncü rübündə İsrailin ÜDM-nin illik ifadədə 19,4% azalmasına səbəb olub.

Poliqon xəbər verir ki, bu barədə The Times of Israel qəzeti İsrailin Mərkəzi Statistika Bürosunun ilkin qiymətləndirməsinə istinadən məlumat yayıb.

Ekspertlər 2023-cü ilin oktyabr-dekabr aylarında İsrail iqtisadiyyatının rüblük olaraq 5,2% azaldığını bildirib. Nəşr qeyd edir ki, bu rəqəmi pandemiya dövrü ilə müqayisə etmək olar, o zaman İsrail ÜDM-i təxminən 30% azalıb.

Qəzet iqtisadi geriləmənin səbəbini orduda xidmət etmək üçün işlərini tərk etməli olan 300 min ehtiyatda olan hərbçinin hərbi xidmətə çağırılması, eləcə də İsrailin Qəzza zolağı və Livanla həmsərhəd bölgələrindən təxliyə edilən 120 mindən çox vətəndaş üçün hökumətin dəstəyi ilə mənzillərin tikilməsi ilə əlaqələndirib.

Bundan əlavə, İordan çayının qərb sahilindən fələstinli işçilərin İsrailə girişinə qoyulan məhdudiyyət iqtisadi vəziyyəti daha da pisləşdirib. Sonuncu vəziyyət ölkədə kadr çatışmazlığına səbəb olub.

Qeyd edək ki, İsrailin Baş naziri Binyamin Netanyahu daha əvvəl İsraillə Həmas arasında müharibənin 2025-ci ilə qədər davam edəcəyini deyib.

Poliqon.info