Maduro: Yeni dünya köhnə dünyanı əvəz edir...

Venesuela lideri Nikolas Maduro bildirib ki, Bolivar Respublikası tezliklə BRİKS-ə üzv olacaq...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyi məlumat yayıb. Maduro bildirib ki, BRİKS ilə yeni dünya “köhnə müstəmləkə dünyasını yerinə keçir və bu proses hələ ki, müharibələrlə baş verir.

Nikolas Maduronun sözlərinə görə, BRİKS-in konsolidasiyası tendensiyası geridönməzdir. Lakin Venesuela prezidenti ölkəsinin bu dövlətlərarası assosiasiyaya nə vaxt qoşulacağı ilə bağlı dəqiq tarixləri açıqlamayıb.

2 yanvar 2024-cü ildə BRİKS üzvlərinin sayı rəsmi olaraq iki dəfə artıb. İndi assosiasiya 10 dövlətdən ibarətdir - Səudiyyə Ərəbistanı, İran, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya qoşulub BRİKS-ə qoşulub.

Poliqon.info