Mayk Conson Ukraynaya görə vəzifəsini itirə bilər

ABŞ Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Liz Çeyni Nümayəndələr Palatasının hazırkı sədri Mayk Consonun Vaşinqtondan Kiyevə yardım göstərilməsinin ləngiməsi fonunda vəzifəsini itirə biləcəyini istisna etməyib...

Mayk Conson Ukraynaya görə vəzifəsini itirə bilər

ABŞ Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvü Liz Çeyni Nümayəndələr Palatasının hazırkı sədri Mayk Consonun Vaşinqtondan Kiyevə yardım göstərilməsinin ləngiməsi fonunda vəzifəsini itirə biləcəyini istisna etməyib.

Poliqon xəbər verir ki, Çeyni bu barədə CNN telekanalına müsahibəsində bildirib.

"Spiker Conson başa düşməlidir ki, azadlığın sağ qalmasını, Amerika Birləşmiş Ştatlarının dünyada lider rolunu oynamağa davam etməsini təmin etmək üçün spiker kimi mövqeyini itirməli ola bilər. Bu gün Ukraynada baş verənləri oxumalı və qərar verməlisiniz", deyə Çeyni bildirib.

Nümayəndələr Palatasının keçmiş üzvü Consonu Ukrayna xalqına kömək etmək üçün hərəkətə keçməyə çağırıb.

"O, gələcək nəsillərə, övladlarına, nəvələrinə düzgün hərəkət edib-etmədiyini, xeyirxahlıq üçün güc olub, azadlıq davasına kömək edib-etmədiyini, yoxsa qorxaqlıq yoluna davam edib-etmədiyini izah etməli olacaq", deyə keçmiş deputat əlavə edib.

Qeyd edək ki, AB, Konqressi Ukrayna üçün 60 milyard dollarlıq yardım paketini təsdiqləməkdən imtina edir. Bu səbəbdən artıq Ukraynanın silah-sursat ehtiyyatları tükənir və cəbhədə vəziyyət pisləşir.

Poliqon.info