Xaçmazda 32 yaşlı kişi intihar edib

Xaçmaz rayonunda intihar hadisəsi baş verib...

"Report"un Şimal bürosunun məlumatına görə, rayonun Qıraqlı kənd sakini, 1992-ci il təvəllüdlü Bağırlı Rəsul Məlik oğlu özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Poliqon.info