Çinin ABŞ infrastrukturuna kiberhücumları görünməmiş miqyasa çatıb

FTB rəhbəri Kristofer Rey Çinin ABŞ infrastrukturuna kiberhücumlarının görünməmiş miqyasa çatdığını açıqlayıb...

Federal Təhqiqatlar Bürosunun (FTB) rəhbəri Kristofer Rey bildirib ki, Çinin ABŞ infrastrukturuna haker hücumları görünməmiş həddə çatıb.

Polqon xəbər verir ki. bu barədə The Wall Street Journal qəzetinin məlumatında bildirilir.

Rey Münhen Təhlükəsizlik Konfransında bəyanatla çıxış edərək problemi ABŞ-ın milli təhlükəsizliyinə ən mühüm təhdidlərdən biri adlandırıb. Nümunə olaraq o, bütün ölkədə, o cümlədən rabitə, enerji, nəqliyyat və su təchizatı obyektlərində hücumlarda iştirak etdiyi iddia edilən “Volt Tayfun” qrupunu göstərib.

“Bu, aysberqin görünən hissəsidir, bu, Çinin bir çox belə cəhdlərindən biridir”, deyə FTB rəhbəri qeyd edib.

Kristofer Rey vurğulayıb ki, Çin rəhbərliyi tərəfindən dəstəklənən hakerlər fəal şəkildə istənilən vaxt aktivləşdirilə bilən və ABŞ-ın kritik infrastrukturunun işini poza bilən zərərli proqramlardan istifadə edirlər. FTB rəsmisi Avropa və Asiya hökumətlərini Çinin haker hücumlarına, xüsusən də kritik infrastruktura qarşı müdafiəni gücləndirməyə çağırıb.

Poliqon.info