Covid insan beynindən 20 ilə qədər ömür alır

Alimlər müəyyən ediblər ki, Covid insan beynindən 20 ilə qədər həyat alır...

Bəzi xəstələr üçün infeksiyanın nəticələri ciddi travmatik beyin zədələrinə bənzəyir.

Poliqon xəbər verir ki, bu barədə araşdırma “News-Medical” jurnalında dərc olunub.

Araşdırmada qeyd olunur ki, hələ pandemiyanın ilk illərində həkimlər diqqəti “beyin dumanı”na cəlb edirdilər. Xəstələrdə yorğunluq, yaddaş və konsentrasiya ilə bağlı problemlər ortaya çıxırdı. 2022-ci ildə aparılan araşdırmaya görə, Covid-dən əziyyət çəkən xəstələrin 46%-i bu problemdən şikayətlənir.

Liverpul Universitetinin İnfeksion Neyrobiologiya Laboratoriyasının direktoru Benedikt Mayklın rəhbərlik etdiyi alimlər qrupu bir il əvvəl koronavirusdan sağalmış xəstələr üzərində araşdırma aparıb. İştirakçılar koqnitiv testdən keçib, qan nümunəsi verib və beyin skan ediliblər. Alimlərin açkar ediblər ki, beynin diqqətlə əlaqəli bəzi sahələrinin həcmi azalıb və bir sıra biomarkerlər, hətta travmatik beyin zədəsini göstərə bilər.

Tədqiqatçılar "beyin dumanının" insanda əbədi qaldığını və ya infeksiyanın nəticələrinin geri qaytarıla biləcəyini hələ müəyyənləşdirməyiblər. Neyropsixoloq Karla L. Consonun fikrincə, onların işinin ən mühüm nəticələri arasında “dumanın” real olduğuna dair sübutlar var və bu barədə şikayətlər uydurma deyil.

Poliqon.info