ISW: Qərbin yardımının gecikməsi Rusiyanın irəliləməsinə kömək edir

Qərbin Ukraynaya hərbi yardımında gecikmələr Rusiyanın cəbhə xəttinin bir neçə sektorunda hücum əməliyyatlarına başlamasına kömək edir...

Poliqon xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun (ISW) bugünkü hesabatında bildirilir.

Hazırda Rusiya qüvvələri ən azı üç istiqamətdə hücum əməliyyatı keçirir. Bunlar Xarkov və Luqansk vilayətlərinin sərhədi boyunca, Kupyansk və Liman istiqamətində və Avdeevkada və onun ətrafında, o cümlədən və Zaporojye vilayətinin qərbindəki Rabotina bölgəsində olan hücumlardır.

Ukrayna qoşunlarının Avdeevkadan çıxarılmasından və Rusiyanın bütün Avdeevka üzərində nəzarət əla almasından sonra ISW və bir sıra Ukrayna və Qərb mənbələri Kiyevə Qərb yardımının, yəni artilleriya sursatlarının və kritik hava hücumundan müdafiə sistemlərinin verilməsində gecikmələrin Ukrayna qüvvələrinin müdafiəsinə mane olduğunu bildiriblər.

Qeyd edilir ki, Qərbin təchiz etdiyi texnikanın kritik çatışmazlığı və Amerika hərbi yardımının tamamilə kəsilməsi qorxusu Ukrayna qoşunlarını bütün cəbhə boyu maddi-texniki bazanı azaltmağa məcbur edib və bu, çox güman ki, Rusiya qüvvələrini vəziyyətdən istifadə etməyə, həmçinin Avdeevkadan kənarda məhdud hücum əməliyyatlarına başlamağa sövq edir.

“2024-cü ilin yanvar ayının əvvəlindən Xarkov sərhədi boyunca və Luqansk vilayətlərində və son 48 saat ərzində Zaporojye vilayətinin qərbində Rusiya qoşunları hücuma başlayıblar”, deyə , ISW ekspertləri yazır.

Poliqon.info