Norveç gömrük gəlirlərinin Fələstinə köçürülməsində vasitəçilik edəcək

Norveç Fələstin Administrasiyasının İsrailin fələstinlilər adından topladığı vergi və gömrük gəlirlərini qəbul etməsinə imkan verən sazişi təşviq edir...

Poliqon xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuata açıqlamasında bildirilib. Qeyd edilir ki, bu addım Fələstin Muxtariyyətinin maliyyə çöküşünün qarşısını almağa kömək edəcək.

Norveç hökümətinin açıqlamasına görə, Qəzza zolağında gedən müharibə fonunda Fələstin Muxtariyyətində iqtisadi vəziyyət daha da qeyri-sabitləşib. Səbəblərdən biri İsrailin Fələstin Administrasiyası adından topladığı gömrük rəsmiləşdirilməsi gəlirlərinin bir hissəsini özündə saxlaması olub. Bu pul Fələstin gəlirinin təxminən 65%-ni təşkil edir. Norveç tərəfi qeyd edir ki, hazırkı “dalan vəziyyət” bir neçə aydır ki, davam edir.

Gözlənilir ki, İsrail aldığı pulun bir hissəsini Norveçə köçürəcək və münaqişə tərəfləri onların Fələstin Muxtariyyətinə verilməsi ilə bağlı razılığa gələnə qədər bu vəsait Norveçin hesabında qalacaq. Norveçin xarici işlər naziri Bart Eide deyib:

“Norveç artıq neçə həftədir ki, bu məsələdə İsrail və Fələstin hakimiyyəti ilə yaxından əməkdaşlıq edir.

“Fələstin administrasiyası bu razılaşmanı alqışlayır və yaranmış fövqəladə vəziyyətin bu müvəqqəti həllini yüksək qiymətləndirir”, deyə açıqlamada bildirilir.

Xatırladaq ki, 1990-cı illərdə Qəzza zolağı ilə İsrail arasında müvəqqəti atəşkəs razılaşması əldə olunub. Sənədə əsasən, İsrail Maliyyə Nazirliyi fələstinlilər adından vergi toplayır və Fələstin Milli Administrasiyasına aylıq köçürmələr edir.

Poliqon.info