Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ olub - Yenilənib

Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb...

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub.

***

Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.

Poliqon xəbər verir ki, bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

Qeyd edək ki, bu, gün ərzində dənizdə qeydə alınan ikinci zəlzələdir. Daha əvvəl də Xəzər dənizində 3,4 maqnitudada zəlzələ qeydə alınıb. Məlumata görə, zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.

Poliqon.info