Premyer Liqa: "Sumqayıt" "Turan Tovuz"u, "Neftçi" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək...

Poliqon xəbər verir ki, ilk olaraq "Sumqayıt" "Turan Tovuz"u qəbul edəcək.

Qarşılaşma saat 15:30-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 35 xalla 2-ci, Tovuz klubu 29 xalla 8-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında "Neftçi" və "Zirə" üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 3-4-cü yerləri bölüşdürürlər.

18 fevral (bazar)

15:30. “Sumqayıt” – “Turan Tovuz”Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy RəhimovHakim-inspektor: Ömər PaşayevAFFA nümayəndəsi: Seymur SəlimliMehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Neftçi” – “Zirə”Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli ƏliyevHakim-inspektor: Babək QuliyevAFFA nümayəndəsi: Emin Cəfərov“Neftçi Arena”

Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.

Poliqon.info