ABŞ rəsmisi: ABŞ COP29-da Bakının iqlim prioritetlərini tam dəstəkləyir

Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Münxendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Qofri Pyatt ilə görüşüb...

Poliqon AZƏRTAC-a istinadən bildirir ki, Münxendə keçirilən bu görüşün əsas məqsədi COP29 çərçivəsində Bakının iqlim prioritetlərinə dəstək, metan emissiyalarının azaldılması, o cümlədən Xəzər regionunda enerji marşrutlarının və təchizatının şaxələndirilməsi məsələlərini müzakirə etmək olub.

ABŞ rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Bakının iqlim prioritetlərini tam dəstəkləyir.

Xatırladaq ki, bu il Azərbaycanda COP-un 29-cu sessiyası keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib. İki həftə ərzində paytaxt Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Poliqon.info