Moldovada etiraz edən fermerlər Sandunu vədlərini pozmaqda ittiham ediblər

Moldovada etiraz edən fermerlər hesab edirlər ki, ölkə prezidenti Maya Sandu seçki vədlərini yerinə yetirməyib...

Poliqon xəbər verir ki, bu barədə etirazçıların liderlərindən biri Sergey Stefanko Moldovanın N4 telekanalında bildirib. Stefanko bildirib ki, Sandu kənd təsərrüfatı sənayesi nümayəndələrinin dəstəyi ilə 2020-ci ildə prezident seçkilərində qalib gəlib.

“Xanım Maia Sandu ilə üç il əvvəl tanış olduq. O bizı dei ki, parlament çoxluğu və funksional hökumət olduqda, kənd təsərrüfatı çiçəklənəcək və bizə hərtərəfli dəstək olacaq”, deyə Stefanko telekanalın efirində bildirib.

Stefanko qeyd edib ki, 3 ildən sonra Sandu ilə görüş almaqda çətinlik çəkib. Etiraçının sözlərinə görə, prezident Moldovada kənd təsərrüfatının prioritet sahə olmaqdan çıxması ilə bağlı bəyanatı ilə onu şoka salıb.

Qeyd edək ki, bundan əvvəl moldovalı fermerlər etiraz əlaməti olaraq Moldova-Rumıniya sərhədindəki Leuseni keçid məntəqəsində yolu bağlayıblar. Fermerlərin Enerjisi Assosiasiyasının nümayəndəsi İon Plamadealanın sözlərinə görə, nümayişçilər yolu bağlamaq üçün 30-dan çox traktor gətiriblər.

Xatırladaq ki, Moldovada fermerlər ilin əvvəlindən hakimiyyətdən tələb edirlər ki, taxıl və yağlı bitkilərin Ukraynadan avtomobil tranzitinə qadağa qoyulsun və buna yalnız dəmir yolu ilə icazə verilsin.

Poliqon.info