Rusiya ekstremist elan etdiyi təşkilatı Moskvaya dəvət edib

"İslami Cihad" hərəkatının nümayəndələri fevralın sonunda Moskvada keçiriləcək Fələstinlə bağlı görüşdə iştirak edəcək. Rusiya tərəfi təşkilata müvafiq dəvət göndərib...

Poliqon xəbər verir ki, bu barədə "RİA Novosti"yə hərəkatın Livandakı rəsmi nümayəndəsi Məhəmməd əl-Hac Musa məlumat verib.

Onun sözlərinə görə, "İslami Cihad" 2005-ci ildən mütəmadi olaraq Fələstinlərarası görüşlərdə iştirak edib, lakin əvvəlki görüşlərin nəticələri heç nəyə gətirib çıxarmayıb və onlardan irəli gələn tövsiyələr heç vaxt yerinə yetirilməyib.

Musa hazırda Fələstin ətrafında müharibənin qurulduğu, xalqa qarşı soyqırımın həyata keçirildiyi fikrini ifadə edib.

"Buna görə də dialoq yolu ilə Fələstin birliyinin qurulması vacibdir", deyə hərəkatın sözçüsü bildirib.

Qeyd edək ki, "İslami Cihad" Rusiyada ekstremist elan edilib və fəaliyyəti qadağan olunub.

Poliqon.info