Rusiyada MDB ölkələrinin vahid tarix dərsliyinin yaradılması təklif edilib

Rusiya dövlət Dumasının deputatı hesab edir ki, Böyük Vətən Müharibəsi hadisələrinin təhrif edilməsinə son vermək üçün MDB dövlətlərinin vahid tarix dərsliyi yaradılmalıdır...

Poliqon xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini kommunist deputat Kazbek Taisayev postsovet ölkələrinin tarix dərsliklərində Böyük Vətən Müharibəsi hadisələrinin ciddi təhrifləri aşkar edilib.

Kazbek Taisayev bununla bağlı Rusiyanən xarici işlər naziri Sergey Lavrova müraciət edib və təklif edib ki, problemin həlli üçün Dövlət Duması ilə Xarici İşlər Nazirliyinin birgə komissyası yaradılsın.

Taisayev hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyi Böyük Vətən Müharibəsi tarixi üzrə MDB səviyyəsində vahid dərsliyin yaradılması ideyasını irəli sürməlidir.

Sergey Lavrovun bu ideyanı dəstəklədiyi bildirilir.

Poliqon.info