ABŞ ordusu husilərə göndərilən İran silahlarını müsadirə edib

ABŞ ordusu fevralın 15-də Yəməndəki husi qiyamçılarına Ərəb dənizi vasitəsi ilə göndərilən İran istehsalı olan silahların bir hissəsini ələ keçirib...

“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media hesabında bildirib.

Müsadirə edilən silah-sursat partiyasında raket hissələri, partlayıcı maddələr və başqa qurğular da daxil olmaqla 200-dən çox bağlama var.

Komandanlığın başçısı general Maykl Erik Korilla açıqlamasında deyib: “Bu, İranın bölgədəki çirkin fəaliyyətinə növbəti nümunədir”.

O vurğulayıb ki, İran husilərə silah tədarükü ilə beynəlxalq gəmiçilik təhlükəsizliyini və ticarətin sərbəst axınını pozmağa davam edir.

Poliqon.info